Azərbaycanda Yaşıllıqlara 211 Min Manatdan Çox Ziyan Dəyib
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yaydığı son məlumata görə, son bir həftə ərzində Bakı (Nəsimi rayonu), Abşeron, Xaçmaz, Zaqatala, Zəngilan və Qəbələ rayonlarında ağacların qanunsuz kəsilməsi faktları aşkar edilib. Araşdırmalar nəticəsində təbiətə ümumilikdə 211 350 manat məbləğində ziyan dəydiyi müəyyənləşib. Məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.