ABŞ-da Kaliforniya Universitetinin alimləri bəzi orqanların daha tez qocaldığını ortaya çıxarıb. Araşdırmada orta yaşlı qadınlarda sinə toxumasının bədənin digər hissələrindən iki il daha yaşlı olduğu ortaya çıxıb.
Ürək toxuması isə bədənin qalan hissəsindən daha gec yaşlanır və buna görə orta yaşlı birinin ürək toxuması bədəndən 9 yaş daha gənc olur.
Alimlər sinənin erkən qocalmasının əsas səbəbini hələ müəyyən etməsə də, yeniyetməlik yaşında yaşanan hormonal dəyişikliklər, südvermə və hamiləliyin buna təsir etdiyini qeyd ediblər.
Qadın gözəlliyinin əlamətlərindən biri də gözəl sinədir. Döşlərinizin sallanıb gözəlliyini itirməməsi üçün bu tövsiyələrə əməl edin. Aile.lent.az döşlərin sallanmaması üçün fərqli tövsiyələr təqdim edir.
İsti-soyuq duş. İsti-soyuq suyu dəyişərək bədənin müəyyən bölgəsinə tətbiq etmək əslində "Kneip” müalicə adlanan çox qədim bir üsuldur. Ağrılara faydalı olduğu deyilən bu üsulu bütün bədənə tətbiq etmək immuniteti gücləndirir.
Döşlərin sallanmaması üçün çimərkən sinənizə ilk əvvəl duşla dayana bildiyiniz qədər soyuq su, 2 dəqiqə sonra isə ilıq su tutun. 10 dəqiqə bunu təkrarlayın, sonda soyuq suyla bitirin. Sinə bölgənizdə qan dövranı yaxşılaşacaq.
Döşlərinizin qısa zamanda formaya girməsi üçün sadə idman hərəkətlərindən kömək alın. Hər gün iki ovcunuzu sinənizin tam önündə bir-birinə mümkün olduğunca güclü bir şəkildə sıxın. Bunu gündə 3 dəfə 15 dəqiqə etməniz bəs edər. Ancaq ağlınıza gələndə də edə bilərsiz.
Divarın önündə durun. Əllərinizi divara dayayıb bütün ağırlığınızı əllərinizə verin. Sonra qollarınızı gərərək divardan uzaqlaşın. Gündə 30 dəfə edin.
Kürəyi üstə yerə uzanın və əllərinizə 2 eyni ağırlıqlı əşya alın. Qollarınızı yuxarı doğru gərgin şəkildə qaldırıb endirin. Hər dəfə 15 dəfə etməniz sinə əzələlərinizi gücləndirmək üçün bəs edər.
Ən doğru büstqalteri seçin.
Sinənizi formaya salmaq üçün 6 fərqli texnologiyanı bir araya gətirin "Breast Fit” sistemindən faydalanın.
Bu texnologiyalar sayəsində toxuma yenilənməsi, inkişafı, əzələ güclənməsi, qan dövranında və dəri elastikliyində yaxşılaşma olur, maddələr mübadiləsi yaxşılaşır, sinə ucunun çox qaralması problemi olmur.