Türkiyədə növbəti terror - 3 əsgər şəhid oldu

Türkiyədə PKK qruplaşması tərəfindən yeni terror aktı törədilib

Sabahinfo.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, PKK terrorçularının Tunceli-Əlazığ avtomobil yoluna basdırdığı mina hərbçilərin keçdiyi vaxt işə düşüb.

Nəticədə 3 əsgər şəhid olub, yaralananlar var. Partlayış olan yerə çoxlu sayda təcili tibbi yardım avtomobili cəlb edilib. Hazırda hadisə baş verən ərazidə antiterror əməliyyatı keçirilir