2015-ci ilin 4 ayında bu ölkələrdən idxalın həcmi isə 732 milyon dollardan çox olub.
2016-ci ilin yanvar-aprel aylarında Azərbaycandan MDB ölkələrinə ixracın həcmi 38 milyon 890 min manat və ya 30,21% artaraq 164 milyon 159 min dollar təşkil edib.
Bu barədə sabahinfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Komitənin məlumatına görə, cari ilin 4 ayında MDB ölkələrinin Azərbaycanın ümumi ixracının həcmində xüsusi çəkisi isə 6,70% olub.
Bundan başqa, MDB ölkələrindən Azərbaycana idxalın həcmi isə 28,39% azalaraq, 524 milyon 418 min dollar təşkil edib. Cari ilin 4 ayında MDB ölkələrinin Azərbaycanın idxalında xüsusi çəkisi isə 20,22% olub.
Qeyd edək ki, 2015-ci ilin 4 ayından Azərbaycandan MDB ölkələrinə ixracın həcmi 126 milyon, idxalın həcmi isə 732 milyon dollardan çox olub.
Xatırladaq ki, Azərbaycanın MDB ölkələri arasında əsas ticarət partnyorları sırasına Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, Tacikistian, Türkmənistan, Ukrayna daxildi.