Bakının Yasamal rayonunda çoxmənzilli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 3 otaqlı mənzilin mətbəxində pəncərəyə quraşdırılmış hava təmizləyici qurğu, 0,5 kv.m sahədə döşəmə yanıb və yüksək temperaturdan mətbəxin qapısı qismən əriyib.
sabahinfo.az FHN-in saytına istinadən verdiyi məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.