Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!

Xocahəsən avtomobil yolunda aparılan cari təmir işləri ilə əlaqədar ( asfalt-beton örtüyünün dağılmış hissələrinin bərpası ) bu gündən etibarən bir-neçə gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq ( yol bağlanmır! ).

Bu barədə ATV.az-a "Azəravtoyol” ASC–nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən yolda sıxlığın yaranmaması üçün sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməkləri tövsiyyə olunur.(Sabahinfo.az)