Türkiyənin Şırnak vilayətində 5 aprel tarixində PKK terrorçuları ilə mücadilə edərkən, yaralanan 25 yaşlı polis Fırat Palamut müalicə olunduğu xəstəxanada şəhid olub.
sabahinfo.az Türkiyə mətubatına istinadən xəbər verir ki, həkimlərin gərgin çalışması bir nəticə verməyib. Fırat Palamut 29 iyul tarixində evliliyinin bir illiyini qeyd edəcəkdi.