Prezident iki nəfərə "Şöhrət" ordeni verdi

Azərbaycan Prezidenti İlham Əliyev Mərdan Camalovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Mərdan Talıb oğlu Camalov "Şöhrət" ordeni ilə təltif edilsin.

 

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə millət vəkili Rauf Asif oğlu Əliyev də "Şöhrət" ordeni ilə təltif edilib.sabahinfo.az