Qəbələdə yarımstansıya işə düşdü - Fotolar

Qəbələ şəhərində "Azərişıq"ASC-nin daxili vəsaiti hesabına yeni inşa edilmiş 35/10 kV-luq 2x10MVA "Qəbələ" yarımstansiyası və ofis binası istifadəyə verilib.

ASC-dən verilən xəbərə görə, bu yarımstansiya Qəbələ şəhərinin elektrik enerjisinin dayanıqlılığını tam təmin edəcək. Yarımstansiya müasir elektrik avadanlıqlarla təchiz olunub. Qapalı şəraitidə fəaliyyət göstərəcək yarımstansiyada bütün təhlükəsizlik tədbirləri ilə üçün hər cür şərait var.

Qəbələ Elektrik Şəbəkəsinin əməkdaşlarının səmərəli iş fəaliyyəti üçün iki mərtəbədən ibarət ofis binasında səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb, xidmətlər energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərzə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün xüsusi otaqlar yaradılıb.

Fəaliyyət otaqlarından başqa burada yemək və istirahət otaqları da yaradılıb. Qəbələ Elektrik Şəbəkəsinin nəqliyyat təsərrüfatı da yenidən qurulub və yeni inzibati binanın həyətində avtomobilərin təmiri üçün də şərait yaradılıb.

Hazırda "Azərişıq" ASC tərəfindən regionlarda yenidənqurma işləri sürətlə davam etdirilir. 2016-cı il ərzində daha bir neçə rayonda abonentlərə xidmət göstərən bu cür yeni tipli ofislər tikilərək istifadəyə veriləcək.

Yeni yarımstansiyanın istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak edən "Azərişıq" ASC rəsmisi son illər ölkənin hər yerində elektrik enerjisi təchizatı sisteminin yenidən qurulduğunu, rayon, şəhər, qəsəbə və kəndlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı istiqamətində məqsədyönlü işlər aparıldığını bildiriblər.sabahinfo.az
Qəbələdə yarımstansıya işə düşdü - FotolarQəbələdə yarımstansıya işə düşdü - FotolarQəbələdə yarımstansıya işə düşdü - FotolarQəbələdə yarımstansıya işə düşdü - FotolarQəbələdə yarımstansıya işə düşdü - Fotolar