Sumqayıt-Bakı yolu bağlanır- - XƏBƏRDAR OLUN

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən 1 km uzunluğunda olan hissəsi 2016-cı il may ayının 30-dan bağlanacaq.
sabahinfo.az xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, hərəkətin tam olaraq məhdudlaşdırılması yalnız bir hərəkət istiqaməti üzrə, yəni Bakı şəhəri istiqamətində tətbiq olunacaq:
"Təmir işləri aparılan müddət ərzində digər hərəkət hissəsi ilə, yəni Sumqayıt şəhəri istiqamətində avtonəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təmin ediləcək. Sürücülərdən bunu nəzərə almalarını və diqqətli olmalarını xahiş edilir".