Dünyanın müxtəlif ölkələrindən gələn altı min cütlük Cənubi Koreyanın paytaxtı Seulda kütləvi nikah mərasimində iştirak edib.
"Hürriyet” xəbər verir ki, ənənəvi keçirilən kütləvi toy mərasimi koronavirusla əlaqədar olaraqxüsusi nəzarət altında keçib.
Cütlüklər toy məclisinin keçirildiyi binaya yoxlanılaraq buraxılıb və onların üzlərinə xüsusi maskalar taxılıb.
Qeyd edək ki, Cənubi Koreyada keçirilən kütləvi toy mərasimi 1954-сü ildə din xadimi Mun Son Men tərəfindən təsis edilib.