Kürdəmir rayonunda "Fitnə” filminin nümayişi keçirilib.sabahinfo.az-a verilən məlumata görə Mayın 27-də Kürdəmir Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib.
"Fitnə” filminin nümayişi ilə başlayan
tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli, müdir müavini-dini qurumlarla işin
təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim
Rəfiyev, Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissənin zabit və əsgərləri,
təhsil işçiləri, orta məktəblərin yuxarı sinif şagirdləri, dini icma sədrləri
və gənclər iştirak ediblər.
Çıxış edən natiqlər "Fitnə”
filminin nümayişinin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə
bağlılığının gücləndirilməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması
və təbliği baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.
Tədbirdə gənclərimizin radikal
dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə
məlumatlandırılmasının təmin edilməsi üçün bu tipli maarifləndirici filmlərin
çəkilməsinin və istiqamətləndirici tədbirlərin daha çox keçirilməsinin
əhəmiyyəti diqqətə çatdırırlıb.
Sonda tədbir iştirakçılarını
maraqlandıran suallar cavablandırılıb.