MTRŞ: “Çıxış yolu” verilişinin yayımı bərpa olunub

"Lider” televiziyasının "Çıxış yolu” verilişinin yayımı bərpa olunub.

sabahinfo.Az xəbər verir ki, bu barədə Report-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, verilişin adı olduğu kimi saxlanılıb, formatında isə dəyişiklik edilib: 

"MTRŞ-nın verdiyi tövsiyələrin nəzərə alınması əsasdır”.

Qeyd edək ki, "Çıxış yolu” verilişinin yayımı bir müddət əvvəl efirdə qeyri-etik ifadələr səsləndirildiyinə görə dayandırılıb.