Ordu quruculuğu hökumətin prioritet sahələrindən biridir. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusunun döyüş qabiliyyəti artmaqla yanaşı bu sahədə çalışanların sosial durumu daim diqqət mərkəzində olubdur. Təsadüfi deyil ki, 2027-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 816,4 milyon manat nəzərdə tutulub. Bu, ümumi büdcə xərclərinin 20,8 faizini təşkil edir və 2026-cı illə müqayisədə 98,6 milyon manat, yaxud təxminən 1,1 faiz çoxdur.
Sosial islahat paketində hərbiçilərlə bağlı bir sıra müddəalar
öz əksini tapıb. Sənəddə həmçinin əməkhaqqı və pensiya mexanizmlərinin paralel
şəkildə yenilənməsi hərbi xidmətin sosial təminat sisteminin daha uzunmüddətli əsaslarla
qurulması gələcək perspektivdən xəbər verir. Bu əlaqələndirmənin məntiqi nəticəsi
olaraq hərbinin qulluqçu xidmət dövründəki gəliri ilə pensiya təminatı
arasında daha müasir əlaqənin formalaşdırılması nəzərdə tutulur.
Ümumilikdə onu demək olar ki, hərbi qulluqçuların
sosial-rifah halının yaxşılaşdırılması ilə bağlı görülən işlər ümumilikdə Ordu
Quruculuğunun möhkəmləndirilməsinə, gənclərin Orduda fəaliyyət göstərməsinə və Müzəffər
Ordumuzun daha da güclənməsinə xidmət edəcək.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı