Dünyanın ilk kitabı ilk dəfə e.ə 868-ci ildə Şimal-qərbi Çində yazılıb. Adı "Diamond sutra”dır. "Diamond” ingilis dilində "almaz”, "sutra” isə "dini elm” deməkdir. "Diamond sutra” Budda təlimlərindən bəhs edir. Budda kitabda təlimlərini ən yaxın müridi Subutiyə nəsihət şəkildə deyərkən təsvir olunub. Cəmisi 7 səhifədən ibarət olan kitabın 6 səhifəsi mətndən, 1 səhifəsi Budda və müridləri haqqındadır. Kitabda kişi və qadın müridlərlə yanaşı 2 pişik şəkili təsvir edilib. Kitabın ölçüsü 30×75 sm-dir. O ağacdan hazırlanmış texnika ilə çap olunub. Kitab 1900-cü ildə taoist rahib tərəfindən Türküstanın Tunhuanq bölgəsindəki Min Budda mağaralarından birindən tapılıb. Kitabla bərabər onun 1300 ədəd əlyazma forması da aşkar edilib. Əlyazmalardan məlum olur ki, kitab 868-ci ilin mayın 11-də valideynlər üçün hazırlanıb. Pulsuz paylanıb. Vanq Çey tərəfindən çap edilib. "Diamond sutra” orta əsrlərdə insanlar arasında daha çox yayılıb. Məlum olduğu kimi ilk kitablar papirus və rulolar üzərində yazılırdı. Qədim romalılar bu yazı vasitələrini mənası "dəri” olan "volumen” adlandırıblar. XV əsrin ortalarında isə papirusun yerini perqament və buzov dərisindən hazırlanmış vellum aldı. Vellum qalın olduğu üçün hər iki üzündə yazmaq mümkün idi. Orta əsrlərdə nəşr edilmiş kitablarda "İncil”dən seçmələr və digər dini məlumatlar daha çox yer alırdı. Daha sonralar isə tibbi və hüquqi kitablar ortaya çıxdı. Kitabların əksəriyyəti latın dilində yazılırdı. İlk mükəmməl kitab isə 1445-ci ildə Almaniyada İohan Quttenberq tərəfindən nəşr olunub. ("Sabahinfo”)