Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) 2015-cü ilin I rübündə
respublikada baş verən təbii və texnogen hadisələrin statistikasını
açıqlayıb. FHN-dən APA-ya verilən məlumata görə, 2015-ci ilin I rübü
ərzində respublika ərazisində 7 partlayış hadisəsi baş verib ki, bu da
2014-cü ilin I rübü ilə müqayisədə 9 hadisə və ya 56% azdır.
Partlayışlar zamanı 1 nəfər həlak olub, 9 nəfər xəsarət alıb. Hesabat
dövründə baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş
müxtəlif çağırışlar üzrə operativ olaraq, 1336 çıxış edilib. Yanğın
hadisələri zamanı 16 nəfər həlak olub, 34 nəfər xəsarət alıb. Bu da ötən
ilin I rübü ilə müqayisədə yanğından xəsarət alanlar üzrə 6 nəfər və ya
21% çoxdur. Yanğınların söndürülməsi zamanı 5 nəfər xilas edilib, 233
nəfər təhlükəsiz ərazilərə təxliyə olunub. 3 ayda ölkədə 1386 təbii və
texnogen mənşəli hadisə baş verib ki, bu da 2014-cü ilin I rübü ilə
müqayisədə 747 hadisə və ya 35% azdır. Baş vermiş təbii və texnogen
mənşəli hadisələr nəticəsində 17 nəfər həlak olub, 43 nəfər xəsarət
alıb. Nazirliyin xilasediciləri tərəfindən 22 nəfər xilas edilib, 249
nəfər təxliyə olunub.