Milli Məclisin deputatı Nəsib Məhəməliyev SABAHİNFO.AZ saytına müsahibə verib. O müsahibəsində Koronavirusla mübarizədə atılan addımlar, həyata keçirilən islahatlardan danışıb. Müsahibəni təqdim edirik;
-Hörmətli Nəsib müəllim dünya gündəmi COVID-19
Koronavirus pandemiyasının şokundan ayılmamış neftin qiymətində baş verən
azalma ilə yenidən sarsıldı. Hətta bir çoxları deyir ki, artıq yeni dünya
düzəni formalaşır. Bu yöndə sizin fikirlərinizi bilmək istərdik?
- Bu təbiidir. Koronovirus dünyanın bürün ölkələrini
bürüyərək pandemiya halını aldı və hər yerdə karantin rejimi tətbiq olundu.
İqtisadi fəallıq çox aşağı düşdü. Ölkələr arası sərhədlər bağlandı, nəqliyyat
əlaqələri kəsildi. Bir çox istehsal müəssisələri işlərini müvəqqəti də olsa
saxladı. Belə bir vəziyyətdə neftə olan tələbat azaldı. Eyni zamanda iri neft
ixracatçıları arasında gedən rəqabət və OPEK ilə RF arasında əvvəldən razılığın
olmaması neftə olan tələbatı minimuma endirdi. Nəticədə iqtisadiyyatı neftdən
asılı olan ölkələr üçün müəyyən problemlər yaradır. Pandemiyadan sonra yeni
dünya düzəninin yaranmasına gəldikdə isə, iqtisadi münasibətlərdə bir çox
yeniliklər labüddür.
-Rusiya Prezidenti Vladimr Putinin SSRİ-nin bərpası
ilə bağlı səsləndirdiyi fikirlər reallığı nə dərəcədə özündə əks etdirir?
- Mən Rusiya prezidentinin SSRİ-nin bərpası ilə
bağlı fikirlərinə rast gəlməmişəm. Ancaq mənə elə gəlir ki, cənab Putin hamıdan
gözəl başa düşür ki,bu mümkün deyil. Ayrı ayrı məsuliyyətsiz, populist siyasətçilər
isə reallığı dərk etmirlər.
- Azərbaycan Prezidentinin ölkəyə rəhbərlik etdiyi
son 16 ilin statistikasına nəzər salmaq kifayətdir ki, bir çox ölkələrlə
müqayisədə hansı nailiyyətlər əldə olunmuşdur.
Sosial-iqtisadi, yol-nəqliyyat, tikinti quruculuq, infrastruktur layihələrinin
icrası, ordu quruculuğu, xarici siyasət, təhlükəsizlik və digər sahələrdə
görülən işləri bir çox ölkələr on illiklər ərzində icra edə bilməmişlər.
Pandemiya ilə bağlı görülən işlər isə, bir daha sübut etdi ki, Azərbaycan xalqı
öz Liderinə inanır və qürur hissi keçirir.Əgər ölkə Başçısının zamanı
qabaqlayan təşkilatçılığı olmasaydı, çox itkilərlə qarşılaşardıq.
-Yeni formalaşan Milli Məclisdən gözləntilər çoxdur.
Maraqlıdır indiki şəraitdə deputatların qarşılarında duran əsas məsələ nədir və
bu istiqamətdə hansı addımlar atılır?
- Milli Məclis artıq formalaşıb. Əvvəlki,
çağırışlardan fərqli olaraq Məclisin rəhbərliyində və bütün komitələrdə
müxalifət partiyalarının nümayəndələri təmsil olunur. Deməli cəmiyyətin bütün
təbəqələri qanunvericilik proseslərində iştirak edirlər. Bu da xalqın Milli
Məclisdən gözləntilərini doğruldacaqdır. Məclisin qarşısında duran əsas məsələ
isə ölkə Başçısının başladığı iqtisadi, sosial, hüquqi, struktur islahatlarına
qanunvericilik baxımından tam dəstək vermək, apardıdğı xarici və daxili
siyasəti geniş xalq kütlələri arasında təbliğ etməkdən ibarətdir.
-Ölkədə islahatlar davam edir. Hazırda hansı
sahələrdə islahatların aparılması daha labüddür?
-Hesab edirəm ki, stuktur islahatları dərinləşdirilməlidir.
Regionların mərkəzdən maliyyə asılılığını azaltmaq, yerlərdə istehsal
müəssisələrinin və yeni iş yerlərinin yaradılması istiqamətində
stimullaşdırıcı tədbirlər görmək lazımdır. Məmurlar, sahibkarlar, vətəndaşlar
arasında ancaq qanunlara söykənən münasibətlərin formalaşması üçün kadr
islahatları davam etdirilməlidir. Son illərdə cənab Prezidentin apardığı
islahatlar xalq tərəfindən müsbət qarşılanır. Ancaq hələ də sahibkara köhnə
streotiplərlə yanaşan,edilən xəbərdarlıqlara baxmayaraq öz ampluasında olan
məmurlar da kifayət qədərdir.