70 saylı seçki dairəsindən Milli Məclisə millət vəkilliyinə namizədliyi irəli sürülən Məşhur Məmmədovla müsahibə.
1-ci hissə
Həyat yoluna qısa nəzər
Masallı rayonunun 1-ci Yeddioymaq kəndində anadan olub, 8-ci sinfə qədər kənd məktəbində, 9-10- sinifləri isə Bakıdakı 5 saylı kimya-biologiya təmayüllü məktəbində oxuyub. Daha sonra Azərbaycan Dövlət Neft və Kimya institutunda təhsil alıb. Təhsil aldığı müddətdə ovaxtkiqaydalara uyğun olaraqhərbi xidmətə gedib, Rusiyanın Kirov vilayətində əsgərlik borcumu yerinə yetirib, daha sonra təhsilini davam etdirib. Ali təhsildən sonra da 3 aylıq hərbi kurs keçib leytenant rütbəsi alıb. Həmin dövr üçün asan olmasa da, ali təhsildən sonra özəl sektora təyinat alıb, 90-cı ildənrayonumuzdakı"Xarrat”kooperativində çalışmağa başlayıb. Ailəlidir. 2 oğlu, 2 qızı, 3 nəvəsi var.
Mənim ən böyük uğurum, həyat yolumda qismətimdə olduqca əhəmiyyətli rol oynamış müəllimlərin olmasıdır. Öncə kimya-biologiya müəllimimXanoğlan Əhmədovunadını çəkmək istəyirəm. Xanoğlan müəllim, bizim kənddə yaşasa da, mənim oxuduğum məktəbdə dərs demirdi. Lakin o, təmənnasız olaraq nəinki işlədiyiməktəbdə, eləcə də ətraf kəndlərdə nə qədər bacarıqlı şagird var idisə, onları bir araya gətirir, təmənnasız olaraq 50-yə yaxın şagirdə dərs keçirdi. Həm də ancaq dərs keçmir, hər uşağın potensialını, nəyə qadir olduğunumüəyyənləşdirir, onlarınsabahkıhəyat yolu üçün kompas kimi konkret istiqamət göstərirdi ki, sən bu sahədə daha istedadlısan, sən bu yolla getsən, bu peşəni seçsən, daha çox uğur qazanarsan.
Məhz buna görə Xanoğlan müəllim mənim üçünunudulmazdır. Qismətimə belə müəllim çıxmasını uğur sayıram. Ali məktəbdə də dəyərli alimimizAzad Mirzəcanzadəninşəxsi nümunəsi, saflığı, həyat haqqında, dünya haqqında olduqca aydın, fərqli baxışları bir nümunə idi. Düzünə qalsa, mən elmlə məşğul olmaz istəyirdim. Eləcə də sahibkarlıqla məşğul olmağameyilliidim. O, mənimlə bir neçə dəfə söhbət etdikdənsonra dedi ki, sən, elm sahəsindən çox, istehsal meydanında daha böyük uğur qazana bilərsən. Mən belə də etdim.
Bu siyahıya dəyərli dostlarımı da əlavə edərdim. Əslinə qalanda mən sahib olduğum əmlaklardan daha çox, həmin dostlara dəyir verirəm. Hansı ki, onlar dünyanın ən aparıcı ölkələrində təkcə biznesləri ilə yox, həm də güclü iqtisadiyyat yaratmaq sahəsində sözünü demişlər. Minlərə, yüz minlərə nümunə olan bir həyat yaşamış bu İnsanların dostlarım sırasında olmasını da həyatda böyük uğurum sayıram.
oqədər velosipedi necəalmışdın? Deyir, bax, onu açıqlayabilməyəcəm. Yəni, bu baxımdan siz ilk biznesinizihansı maliyyənin üzərində qurdunuz?
-Biznesmen Məşhurla millət vəkili Məşhur arasında hansı fərq olacaq? Bir də elə bu sualın davamı kimi, siz niyə 5-10 il öncə yox, məhz indi, 56 yaşınızda millət vəkili olmağa qərar verdiniz?- Tez-tez belə fikirlərlə də rastlaşırıq ki, iş adamları ona görə Milli Məclisə can atırlar, orada özlərinə sərfəli qanunların qəbuluna, yaxud sərvətlərinin daha etibarlı qorunmasınanail olsunlar.
-Birinci sizə onu deyim, təəssüf edirəm ki, Azərbaycanda belə fikir formalaşıb. Dünyada isə bu məqama baxış başqadır. İnsan təxminən, 5 il iş adamı olur. Daha sonra o, dünyada gedən proseslərdən geri qalırsa, yeni texnologiyaları, yeni iş formalarını mənimsəmirsə, fərqli düşüncəyə yer vermirsə, ətrafında baş verənləri zərgər dəqiqliyi ilə araşdırmırsa , fərdi biznes çərçivəsindən çıxıb ictimai fiqura çevriləbilmirsə, bu sahibkar, məncə, böyük uğurlara imza ata bilməz.
İnsan harada çox xeyir verə bilirsə, harada güclüdürsə, ora can atmalı, orda da olmalıdır.
Bu gün hər ölkənin idarəolunmasındaən mühümhəlqələrindən, daha doğrusu hakimiyyətin 3 qolundan biri Milli Məclisdir. Bu Məclis cəmiyyətimizin, dövlətimizinqüvvətlənməsinəkömək etməlidir.İş adam Milli Məclisə gələndə artıq o, iş adamı olmur. Fərdi sahibkarlıqdan çıxıb, meydana ölkə miqyaslı bir iqtisadçı, daha güclü bir fiqur kimi gəlir. Çünkihədəflədiyimizbütün qanunlar iqtisadiyyatla bağlıdır. Bu gün təhsilin, səhiyyənin, mədəniyyətin... güclü inkişaf etməsində də güclü iqtisadiyyat dayanır. Ona görə, çox işlək qanunlarımız olmalıdır.Dünyanın hər yerində olduğu kimi bizim Milli Məclisin kürsülərində həyatda da, istehsalatda da öz sözünü demiş iqtisadçılara, sənayeçilərə geniş meydanverilməlidir.
Bu günniyə sahibkarlıqla biznes arasında seçim etdiniz?
Artıq 56 yaşım var. Biznes sahəsində mümkün olanların demək olar ki, əksəriyyətini əldə etmişəm. Artıq bizneslə məşğulolmayacağam.
4 ildən də artıqdır ki,Embawoodunidarəçiliyindənkənarlaşmışam. Artıq qurduğum biznes fəaliyyətimi övladlarım davam etdirəcək. Buna görə, biznesimi onlara etibar etməkdə heç bir nigarançılıq yoxdur.
Qaldı ki, sualın digər hissəsinə. Mən 5-10 il öncə özümü deputat kimi görmürdüm. Amma indi görürəm. Bir qədəryaşlaşmışam, daha çox təcrübə qazanmışam, indi daha səbirli, daha təmkinliyəm və ona gərə də bu mübarizəyə qoşulmuşam.Seçicilərimmənə səs verərlərsə, mən onların arzuladığı, daim verdiyi vədlərə sadiq qalan bir deputat olacağam.
Belə söhbətlər də dolaşır ki, deputatlıq öz təşəbbüsünüzlə olmayıb, sizi bu mübarizəyə dəvət ediblər
2002-ci ildən YAP-ınüzvüyəm.YAP-ınMasallı Rayon Şurasında da təmsil olunuram.Bu qərar partiya tərəfindən qəbul olunub. Nəinki mənə, rayonumuza bir etimaddır. Mən də ürəkdən bu təklifə qoşulmuşam. Buna görə YAP-ınsədri olanprezidentimiz İlham Əliyev cənablarına minnətdaram.
Bu gün biznes sahəsində kimləri özünüzə rəqib sayırsınız?
Eləcə də cənub bölgəsində tərəfdaş şirkətlərimiz var. Bu sahənin inkişafı hamımız üçün maraqlı olmalıdır. Ölkədə 200-ə yaxın mebel şirkəti, 4 minə yaxın mebel istehsalçısı var. Mən, Azərbaycan Mebel İstehsalçılar Assosiasiyasının sədri kimi ölkədə mebel istehsalının daha güclü inkişafında çox maraqlıyam.
ediləcək. Maliyyə imkanlarımız çoxaldıqca, biz texniki və digər humanitar ixtisaslar üzrə təhsil alanlara da yardımçı olmağa çalışacağıq.
Təhsil deyəndə uşaq bağçalarını daunutmamalıyıq. Elə sizin dəaraşdırmanızadanbəlli olub ki, bizdə 10-dan artıq bağça binası yararsız hala düşüb, ya da bağlanıb. Hansı ki həminuşaq bağçaları 1000-dən artıq uşaq üçün təhsil, tərbiyə, 100-dən artıq qadın üçün iş yeridir.
Onu da qeyd edim ki, bütün bu işlərdə baş hədəfimiz odur ki, qızlarımız, gələcək analarımız təhsilli olsun. Gələcək nəslin inkişafıtəhsilsiz, xüsusən,qızların təhsiliolmadanmümkünsüzdür.Ana ən azından orta təhsilliolmayacaqsa, müəllim ilk illərdən şagirdin maraqlarını müəyyən edəbilməyəcəksə,onun uğurlu gələcəyinihədəfləyəbilməyəcəkəyik. Birmənalı başa düşməliyik ki, qadın güclüdürsə, ailə də güclü olacaq.Sizə yalvarıram,
uşaqlarınızın, xüsusənqızlarımızıtaleyinə, təhsilinə biganə qalmayın.

(ardı var)



