77 yaşın mübarək, doğma Sumqayıt!
Bu gün Azərbaycanın sənaye və zəhmət şəhəri, əmək qəhrəmanlığının, quruculuğun və inkişafın rəmzi olan Sumqayıtın 77 yaşı tamam olur.
Mənim üçün Sumqayıt sadəcə yaşadığım şəhər deyil. Bu şəhər mənim ömrümün bir parçası, həyatımın, fəaliyyətimin, zəhmətimin və xatirələrimin ünvanıdır. Burada böyümüşəm, burada çalışmışam, burada dövlətə və xalqa xidmət etmişəm, ömrümün əmək yolunu bu şəhərdə başa vuraraq fəxri təqaüdə çıxmışam.
Sumqayıt mənim üçün həm keçmişim, həm bu günüm, həm də gələcəyə olan ümidlərimdir.
Bu şəhəri qurub-yaradan, onun inkişafına öz zəhməti ilə töhfə verən insanların fədakarlığı qarşısında baş əyirəm. Sumqayıtın hər küçəsində, hər məhəlləsində bir ömür, bir zəhmət, bir insan taleyi var.
Bu gün Sumqayıt yeni inkişaf mərhələsini yaşayır. Müasir şəhərsalma, abadlıq, sosial infrastruktur, sənaye və mədəni həyat şəhərin gələcəyinə yeni nəfəs verir. Bu inkişafda dövlətimizin diqqət və qayğısı, şəhər sakinlərinin əməyi xüsusi yer tutur.
Bir ictimai birlik sədri və bu şəhərin bir sakini olaraq arzum budur ki, Sumqayıtımız daim inkişaf etsin, gənclərimiz üçün yeni imkanlar yaransın, yaşlı nəslin zəhməti unudulmasın, hər bir ailə bu şəhərdə xoşbəxt və firavan yaşasın.
Doğma Sumqayıt! 77 yaşın mübarək!
Səninlə fəxr edirəm! Sənin küçələrində böyümüş, sənin torpağında zəhmət çəkmiş, sənin inkişafına öz ömründən pay vermiş bir sakin olaraq səni sevmək mənim üçün həm mənəvi borc, həm də böyük qürurdur.
Yaşa, inkişaf et, doğma Sumqayıt!
Hörmətlə,
Tərəqqi sosial-iqtisadi araşdırmalar ictimai birliyinin sədri
Prezident Mükafatçısı
Sumqayıt şəhər Polis idarəsi ictimai şura üzvü,Sumqayıt şəhər Bələdiyyəsinin Məhəllə komitə sədri və Gender komissiyasının üzvü
İndira Şəmsivari